Banner

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qəzalar 12 İyun 2022 19:04 Oxunub 1578
Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Apa-nın xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 99-EU-673 dövlət nömrə nişanlı "Mercedes" və 10-SZ-919 dövlət nömrə nişanlı "Lexus" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Sultanov Fərrux Aslan oğlu və 2011-ci il təvəllüdlü Sultanzadə Yəhya Fərrux oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh