Göyçayda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun 205-ci kilometrliyində, Göyçay rayonu Bığır kəndi ərazisində qeydə alınıb.
"VAZ 21099" markalı minik və "SHACMAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər - 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.
Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB











