Göyçayda minik və yük maşınları toqquşub

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Çayarxı kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndərov Nizami Səmid oğlunun idarə etdiyi 23-BD-588 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını qarşı tərəfdən gələn Çayarxı sakini, 1995-ci il təvəllüdlü Mikayılov Murad Əsəd oğlunun idarə etdiyi 23-BX-353 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və minik maşınının sərnişini - 1997-ci il təvəllüdlü Salmanov Asim Ağalar oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti orta-ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












