Göygöldə AĞIR QƏZA: Xəsarət alanlar var - YENİLƏNİB

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə mayın 11-də saat 02:20 -də beş nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z.Məmmədov adına xəstəxanaya təxliyə olunublar. Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
***09:33
Göygöldə yol qəza olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin mərkəzi küçəsində baş verib. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Onlara yardım edilib, hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Avtomobilin işıq dirəyinə çırpılması zamanı xəsarət alanlar rayon sakinləri 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərovdur.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, fakt araşdırılır.
Bərdədə ağır yol qəzası: 10 nəfər xəsarət aldı - FOTO - ADLAR
Göygöldə idarəetmədən çıxan BMW aşıb, xəsarət alanlar var - FOTOLAR
Göygöldə maşın reklam lövhəsinə çırpıldı - FOTO
Yevlaxa toya gedənlər qəzaya düşdü - Yaralılar var - FOTO
Şəkiyə yasa gedənlər qəzaya düşdülər - Yaralılar var - FOTO - VİDEO
Bakı-Quba yolunda qəza; xəsarət alanlar var - VİDEO
Bakıda avtomobil evin divaranı çırpılıb - VİDEO
Prospektdə qayda pozan “Qazel” qəzaya səbəb oldu - VİDEO
“Mercedes” motosikletlə toqquşdu; 21 yaşlı kuryerin qolu sındı - FOTO
Binəqədidə avtobusla yük maşını toqquşub - VİDEO
Göyçayda ağır qəza: Ölənlər və yaralananlar var - FOTO - VİDEO








