Göygöldə minik avtomobili və mikroavtobus toqquşub, xəsarət alanlar var

Qəzalar 24 Avqust 2022 22:05
Göygöldə minik avtomobili və mikroavtobus toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az -ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.Hərəkətdə olan "VAZ-2106” ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı 2 sərnişin və mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1012
ŞƏRH YAZ
Ad

E-mail

Şərh