Banner

Göygöldə minik maşını aşıb, sərnişin ölüb

Qəzalar 12 İyun 2022 15:00 Oxunub 1398
Göygöldə minik maşını aşıb, sərnişin ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü 1988-ci il təvəllüdlü Cəfərov Anar müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh