Gürcüstanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Gürcüstanın Qori şəhəri yaxınlığında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Avtosfer.az “İnterfaks” agentliyinə istinadən xəbər verir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyəyə məxsus dövlət seriya nişanlı, "Daf" markalı yük maşını Tbilisi-Senai-Leselidze mərkəzi avtomagistralının 77-ci kilometrliyində sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan beş sərnişin həlak olub, daha on bir sərnişin xəsarət alıb.
Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb. Yerli KİV-in məlumatına görə, mikroavtobusda olan sərnişinlər "Vahid Milli Hərəkat" müxalifət partiyasının Sameqrelo regionundan olan tərəfdarları imiş. Onlar bir gün əvvəl axşamı Tiflisdə aksiyada iştirak ediblər və qəza müxalifətçilər evə qayıdan zaman baş verib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












