Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qəzalar
22 Avqust 2022 22:40

Hacıqabul rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıda gedən eyni markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Onlardan biri, Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Həsənov Eyyub Teyyub oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər şəxs isə xəsarəti yüngül olduğu üçün tibbi yardımdan imtina edib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1372
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 16:00
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
29 Sentyabr 2026 09:41
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
28 Sentyabr 2026 18:12
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
28 Sentyabr 2026 15:46
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 15:39
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
28 Sentyabr 2026 10:48
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
28 Sentyabr 2026 10:06
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
28 Sentyabr 2026 09:56
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
27 Sentyabr 2026 16:24
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
27 Sentyabr 2026 14:24
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
27 Sentyabr 2026 13:36
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
25 Sentyabr 2026 23:02
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
ŞƏRH YAZ











