Hacıqabulda qadını öldürüb qaçdılar

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında Bakı-Qazax yolunun 133-cü kilometrliyində naməlum avtomobillə vurulan şəxsin meyiti aşkar edilib. Hələlik kimliyi müəyyənləşdirilməyən şəxsin meyiti Şirvan şəhər morquna yerləşdirilib. Hadisəni törətmiş avtomobilin axtarışları istiqamətində istintaq əməliyyatları davam etdirilir. Şirvan şəhər morquna yerləşdirilən şəxsin Şəki şəhərində anadan olmuş, Bakı şəhəri Türkan qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Rüstəmova Zibeydə İsgəndər qızı məxsus olduğu aydınlaşdırılıb. Hadisəni törətmiş avtomobilin axtarışları istiqamətində isə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












