“Honda” ilə toqquşmamaq üçün manevr edən “Prius” avtobusa çırpıldı - ANBAAN VİDEO

Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 16-da saat 10:11 radələrində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, “Honda” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan birbaşa ən sağ zolağa keçid edir. Bu zaman sürücü, “Toyota Prius” markalı maşının yoluna çıxaraq ona təhlükə yaradır. “Prius” sürücüsü qəzadan yayınmaq üçün sağa manevr etsə də həmin zolaqda hərəkətdə olan 199 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılır. Zərbənin təsirindən maşın tamamilə sıradan çıxır. Ərazidən keçən yol patrul xidməti əməkdaşları dayanaraq dərhal hərəkətə keçirlər.
Qeyd edək ki, hadisə zamanı avtomobildə və avtobusda olan sərnişinlər xəsarət alıb.
Nərmin
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












