Hövsanda sərxoş sürücü qəza törətdi: yaralanan var

Bakının Suraxanı rayonunda sərxoş sürücü qəza törədib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəza zamanı Babək Bayramovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Mübariz Məmmədovun idarə etdiyi "BMW" toqquşub. Nəticədə Mübariz Məmmədov xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin yardım göstərilib, hazırda vəziyyəti stabildir.
Qəza zamanı avtomobillər yarasız hala düşüb. Əraziyə Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü Babək Məmmədov içki testinə cəlb edildikdə məlum olub ki, o sərxoşdur. Bu səbəbdən B.Məmmədovun avtomobili cərimə meydançasına, özü isə ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















