İçi daşla dolu olan “Kamaz” qəza törətdi - 2 yaralı

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, paytaxt sakini, 1977-ci il təvəllüdlü Anar İbrahimov "Mercedes" markalı yük maşını ilə hərəkətdə olarkən qarşıda gedən Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Nadir Mustafayevin idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə arxadan çırpılıb. Qəza nəticəsində "Mercedes"in sürücüsü Anar İbrahimov və yük maşınında olan sərnişin 1981-ci il təvəllüdlü Emin Yavər oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan avtomobildə olan sərnişin 35 yaşlı Emin Məmmədovun renimasiya şöbəsinə yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu, sürücü A. ibrahimovun isə vəziyyətinin orta-ağır olduğunu bildirdilər. Qəza zamanı "Kamaz" markalı yük avtomobinin içi mişar daşı ilə dolu olduğu üçün, daşlar yola dağılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










