İsmayıllıda 2 maşın toqquşdu: 4 nəfər yaralandı - VİDEO

İsmayıllı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrliyində, Talıstan kəndi ərazisində qeydə alınıb. Ağdaş sakini, 1971-ci il təvəllüdlü Arif Babayevin idarə etdiyi 10-KO-855 dövlət nömrə nişanlı “VAZ 2110” markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı sakini, 1987-ci il təvəllüdlü Fariz Ağayevə məxsus 20-CL-379 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və “Opel”dəki 2 nəfər sərnişin, 1988-ci il təvəllüdlü Gülşən Babayeva və 2000-ci il təvəllüdlü Həmid Babayev xəsarət alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












