İspaniyada sürət qatarları toqquşdu - 50 ölü - VİDEO - YENİLƏNİB

İspaniyanın Toledo əyalətində kompüter şəbəkəsində yaranan nasazlıq təhlükəsizlik sisteminin sıradan çıxmasına və nəticədə iki qatarın toqquşmasına səbəb olub.
Avtosfer.az "El País"ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente jurnalistlərlə görüşündə məlumat verib.
Onun sözlərinə görə, Urda stansiyasında üç server arasında əlaqənin kəsilməsi nəticəsində Almaniyanın LZB avtomatik qatar idarəetmə sistemi fəaliyyətini dayandırıb. Nəticədə uzunluğu 63 kilometr olan dəmir yolu xəttində qatarlar elektron nəzarətsiz qalıblar. Qəza baş verən zaman həmin ərazidə altı qatar olub və onların hamısı təcili dayanıb.
"Bu qərar dispetçer mərkəzində qəbul edilir və Iryo qatarı ilə toqquşan qatara ötürülür. Baş vermiş qəzanın səbəbi də məhz budur", - deyə Puente bildirib.
Nazir əlavə edib ki, avtomatik idarəetmə sistemi söndükdən qısa müddət sonra dispetçerlər "Renfe" şirkətinə məxsus qatarın hərəkətini bərpa etməsinə icazə veriblər. Qatar hərəkətə başlayaraq relslərdə dayanmış "Iryo" qatarına çırpılıb.
Nazirlik rəhbəri dispetçer mərkəzinin nə üçün hərəkət əmri verdiyini, "Iryo" qatarının isə niyə dayanmış vəziyyətdə qaldığını dəqiqləşdirməyib.
***
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
Avtosfer.az "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib.
"Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb", - deyə o, jurnalistlərə bildirib.
İspaniyanın keçmiş məşğulluq və sosial müdafiə naziri Fatima Banyes də Toledoda baş verən dəmiryolu qəzasında həlak olub.
***15:06
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Espanol" qəzeti yazıb.
Məlumata görə, İryo qatarında bir körpə də daxil olmaqla 147 sərnişin, yüksək sürətli AVE qatarında isə 397 sərnişin olub.
***13:53
İspaniyanın Toledo əyalətində 2 sürət qatarı toqquşub.
Avtosfer.az xəbər verir ki, yerli vaxtla 8.00-da baş verən hadisə nəticəsində azı 40 nəfər həlak olub.
Toqquşma zamanı azı 4 vaqon relsdən çıxıb.
Paytaxt Madridlə Sevilya arasında dəmiryolu əlaqəsi kəsilib. Hadisə yerində xilasedicilər işləyirlər.
Vüqar
***
İspaniyanın Toledo vilayətində sürət qatarları toqquşub.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.
Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO












