İti vurmamağa çalışdı, qəzaya düşdü; 7 yaralı

Bu gün səhər saatlarında Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Rafiq Axundovun idarə etdiyi "VAZ-2107" markalı maşınla Asim Balaşovun idarə etdiyi BYD markalı avtomobil toqquşub. Toqquşma nəticəsində hər iki maşın yarasız hala düşüb. İçindəki sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 7 nəfərin üçü - Adil, Zəhra, Zeynəb Rəcəblilər bir ailənin üzvüdür. Xəsarətləri daha ağır olan 39 yaşlı Adil və 3 yaşlı Zeynəb Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər maşında olan sərnişinlər, 29 yaşlı Çingiz Əliyev, 25 yaşlı Asim Balaşov, 23 yaşlı Elmar Həsənov və "VAZ-2107" markalı avtomobilin sürücüsü 57 yaşlı Rafiq Axundov travmatalogiya şöbəsində müalicə alır. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Qəzanın baş vermə səbəbinə gəlincə, BYD markalı maşının qarşısına it çıxıb. Sürücü maşını qarşı yola qaçıraraq "VAZ-2107" markalı maşının yoluna çıxıb. Hadisənin dəqiq səbəbləri Lənkəran rayon polis şöbəsində aparılan araşdırma nəticəsində bəlli olacaq.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












