İsmayıllıda iki avtomobil qəzasında 6 nəfər xəsarət alıb

İsmayıllı rayonunda yol-nəqliyyat hadisələri baş verib, xəsarət alanlar var.
Avtosfer.az -ın xəbərinə görə rayonun Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Toyota" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Şərur sakini, 2001-ci il təvəllüdlü İbrahimov Nicat Ramin oğlu, həmyaşıdı İbrahimov Məhərrəm Səxavət oğlu, Bakı sakini, 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm İlham qızı xəsarət alıb.
Həmçinin, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Balik kəndi ərazisindən keçən hissəsində "VAZ 2103" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri, 1976-cı il təvəllüdlü Kərimov Seymur Nadir oğlu, 1959-cu il təvəllüdlü Quliyev Eldar Bağır oğlu və Bakı sakini, 1999-cu il təvəllüdlü İsmayılov Fərid Mübariz oğlu xəsarət alıb. Bütün yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hər iki faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











