Kürdəmirdə iki avtomobil TOQQUŞDU - FOTO

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç nəfərin xəsarət aldığı hadisənin baş verməsinə səbəb kimi Ağsu istiqamətində hərəkətdə olan minik avtomobilinin dönmə əməliyyatı edən yük maşınına çırpılması göstərilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) xəsarət alanlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edildiyi qeyd olunub.
"Martın 6-sı, saat 21:45-də yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (kişi cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1963-cü il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
1971-ci və 1972-ci il təvəllüdlü şəxslərə isə zəruri tibb yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda bildirilir.
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO












