Kürdəmirdə iki maşın toqquşub

Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşınının qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanların - “Mercedes”də olan sərnişinlər, Bakı şəhər sakinləri 57 yaşlı Mirzəyeva Zərifə Yunis qızı, 4 yaşlı Mirzəli Nicat Şükür oğlu, 1 yaşlıMirzəli Zeynəb Şükür qızının Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilib. Xəstəxanadan verilən məlumata görə, hər 3 yaralının vəziyyəti qənaətbəxşdir. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












