Kürdəmirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Kürdəmir rayonu ərazisində baş verən ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Report xəbər verir ki, minik avtomobilinin “KamAZ”a çırpılması nəticəsində Kürdəmir rayon Garisəyribənd kənd sakinləri - sürücü, 38 yaşlı Kərimov Röyal Səyyar oğlu, 42 yaşlı Kərimov Mayıl Mikayıl oğlu, 34 yaşlı Əhmədov Pərvin Əliağa oğlu və 30 yaşlı Kərimov Elnur Saleh oğlu xəsarət alıblar.
22:00
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Report xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ - 21010” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda gedən “KAMAZ” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə “VAZ” markalı nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO

















