Kürdəmirdə ölümlə nəticələnən qəza baş verib

Kürdəmirdə 3 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Kürdəmir-Zərdab yolunda rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğlu “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman sürücü əvvəlcə qarşısında hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “FORD” markalı mikroavtobusa çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
apa
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











