Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

Qəzalar 4 Dekabr 2020 12:50 Oxunub 620
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmir rayonunda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 3-ü saat 15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Yevlax rayon sakini S.Hüseynov idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili ilə yolun kənarında velosiped sürən kənd sakini Əlmurad İsrafilovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən raşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh