Kürdəxanıda 23 yaşlı qızın törətdiyi dəhşətli qəzanın detalları MƏLUM OLUB

Dünən axşam saatlarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş ağır yol qəzasının detalları bəlli olub.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, ilkin araşdırmalar zamanı qəzanı törədən 1999-cu il təvəllüdlü Əhmədova İlkanə Rəsul qızının sərxoş olmadığı müəyyən edilib:
“Oktyabrın 10-u saat 17:20-də Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında İ.Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı avto-texniki ekspertizalar təyin edilib. Qəza vaxtı “Chevrolet Malibu”nun hansı sürətlə hərəkət etməsi ekspertizanın rəyindən sonra məlum olacaq”.
Qeyd edək ki, dəhşətli hadisə nəticəsində həlak olan 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












