Kürdəxanıda əks yola çıxan “Hyundai” sürücüsü ağır qəza törətdi - ANBAAN VİDEO

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında qeydə alınıb. Belə ki, 20-BX-363 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, 19-BX-380 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilə çırpılıb. Yola baxmadan hərəkət edən “Hyundai” sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxır. Bu zaman sol tərəfdən gələn “VAZ”la toqquşur və zərbənin təsirindən fırlanır. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, hadisənin görüntüsünü paylaşan “VAZ” sürücüsü qəzadan yayınmaq üçün qarşı tərəfə manevr etdiyini bildirib.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












