Lənkəranda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb. - FOTO
Lənkəranda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb.
Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran – Boradigah yolunun Lənkəran rayonun Şağlaser kəndi ərazisində baş verib.
Belə ki, rayonun Xarxatan kənd sakini 1997-ci il təvəllüdlü Fəqani İlham oğlu Ağazadənin idarə etdiyi “Mercedes” markalı avtomobil Lənkəran rayonunun Tükəvilə kənd sakini 1972-ci il təvəllüdlü Zahid Mirzəyevə məxsus “Mercedes” markalı minik avtomobili ilə toqquşub və yol kənarındakı obyektlətə çırpılıb.
Nəticədə sürücü və sərnişinlər qismində - 2005-ci il təvəllüdlü Hiccət Ələmdar oğlu Sadıqov, 2001-ci il təvəllüdlü Nurlan Əmin oğlu Səmədov, 1999-cu il təvəllüdlü Hüseynəli Xudayar oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılardan sürücü Fəqani Ağazadənin vəziyyətinin daha ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











