Lənkəranda daha bir təcili yardım avtomobili qəzaya uğradı

Lənkəranda çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.
avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində baş verib.
Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib. Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən "Mercedes" markalı minik avtomobili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, iki gün bundan əvvəl Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili Lənkəranda qəzaya uğramışdı.
Faktla bağlı araşdırma aparılır.
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO












