Lənkəranda "07" yoldan çıxıb daş hasara çırpıldı, 2 ölü, 1 yaralı var - FOTO - YENİLƏNİB
Qəzalar
8 Avqust 2022 21:39

Lənkəran rayonunda da baş verən ağır yol qəzasında ölənlərin və yaralanan şəxsin kimliyi məlum olub.
"Report"un Cənub mərkəzinin verdiyi məlumata görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və 2000-ci il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadə ölüb.
1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimov isə yaralanıb, onun vəziyyəti ağır olaraq qalır.
Onların hər üçü Lənkərəan rayonunun Səpnəkəran kənd sakinləridir.
***
Lənkəran rayonunda yol qəzası baş verib. Report-un verdiyi məlumata görə, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb. “VAZ-2107” markalı, 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada ölənlər və yaralananın Lənkəran rayonunun Səpnəkəran kənd sakinləri olduğu, kimliklərinin dəqiqləşdirildiyi bildirilir.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 4546
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 18:00
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
30 Sentyabr 2026 13:30
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
30 Sentyabr 2026 11:53
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
30 Sentyabr 2026 11:48
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
30 Sentyabr 2026 10:48
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
29 Sentyabr 2026 16:00
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
29 Sentyabr 2026 09:41
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
28 Sentyabr 2026 18:12
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
28 Sentyabr 2026 15:46
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 15:39
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
28 Sentyabr 2026 10:48
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
28 Sentyabr 2026 10:06
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
ŞƏRH YAZ












