Lənkəranda yol qəzası- Yaralı var

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə martın 5-də saat 17.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Həsənovun idarə etdiyi “OKA” markalı, 54 BJ 476 dövlət nömrə nişanlı minik avtomobili onun həmyerlisi Aydın Babayevin idarə etdiyi “Nissan Sunny” markalı, 90 MV 114 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin “OKA”-nın sürücüsü Samir Həsənov bədən xəsarəti ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










