Lənkəranda zəncirvari qəza- Şose yolu bağlandı

Lənkəranda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 16.30 radələrində Lənkəran - Boradigah şose yolunun rayonun Veravul kəndi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1964-cü il təvəllüdlü Əkbərağa Həşimovun idarə etdiyi “KamAZ” markalı, 44 BM 540 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını onun qarşısında hərəkətdə olan Lənkəran rayonunun Xarxatan kənd sakini, 1987-ci il təvəllüdlü Sirac Mehdiyevin idarə etdiyi “Ford” markalı, HU 511 AZ 14 tranzit nömrə nişanlı yük mikroavtobusuna çırpılıb.
Əks istiqamətdə hərəkətdə olan Lənkəran şəhər sakini Elşad adlı sürücü idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunu qəzadan qaçırmaqdan ötrü nəqliyyat vasitəsini yolun kənarına çəkməklə onu kanala aşırıb. Qəza nəticəsində xəsarət alan olmasa da, “KamAZ” və “Ford” markalı maşınlara ciddi ziyan dəyib, həmçinin şose yolu 1 saatadək bağlanıb. Hadisə yerinə cəlb edilən yol polislərinin müdaxiləsi ilə yolda nəqliyyatın hərəkəti bərpa olunub.
İlkin versiya kimi qəzanın “KamAZ” markalı yük maşınının əyləc sistemində yaranmış nasazlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












