Lerikdə idarəetməni itirən sürücü qəza törətdi

Qəzalar 22 May 2021 10:25
Lerikdə idarəetməni itirən sürücü qəza törətdi
WhatsApp kanalımıza abunə olun

Lerik rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Astakənd kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Cəfərov Mahir Ağalar oğlu idarəetməni itirərək avtomobilini aşırıb.

Yaralı əvvəlcə Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Ona körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 986
ŞƏRH YAZ
Ad

E-mail

Şərh