Lerikdə yol qəzasında ölənlərdən yeddisinin adı məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Avtosfer.az xəbər verir ki, Lerikdəki qəza zaman ölənlərin 7-sinin adı məlum olub:
Xəlilova Dilarə Rəhim qızı
Həşimova Sərvər Əhməd qızı
Axundova Saray
Ağayeva Təcrübə
Cəfərova Güldəstə
Rzayeva Səmayə Ağababa qızı
Tahirova Zərnitac İslam qızı(APA)
18:08
Qəzada yaralanan daha iki nəfərin adı bəlli olub:
Səyyadova Zəhra Rəhim qızı
Axundova Lətifə Zaman qızı
17:44
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Avtosfer.az -a TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir. Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
**
Hadisə Lerik-Lənkəran yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.
DİN Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ilkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
17:09
Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.
Avtosfer.az xəbər verir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Bu barədə APA-ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.
Ölənlərin bəzilərinin adı açıqlanıb:
Seyyadov Səyyad Hacıbala oğlu - sürücü
Kərimova Nazilə Ağaəli qızı
Fərəcova Şərafət Ənvər
İbrahimova Əsmət Ağababa qızı
Qurbanova Güllər Məmmədağa qızı
16:33
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Avtosfer.az -ın məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.(Report)



Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO










.jpg)




