Liviya sahillərində miqrant gəmisi batıb, 74 nəfər ölüb
Qəzalar
13 Noyabr 2020 09:21

Liviya sahillərində miqrantların olduğu gəmi batıb, nəticədə azı 74 nəfər ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
Məlumata görə, hadisə Homs liman şəhəri yaxınlığında baş verib. Ümumilikdə gəmidə 120-dən çox adam olub. Onlardan 47-si sahil mühafizəsi və yerli balıqçılar tərəfindən sudan çıxarılıb. Xilasedicilər bu saatlaradək 31 nəfərin cəsədini tapıblar, qalanlarının axtarışı davam edir.
BMT qeyd edir ki, təkcə bu il Avropa sahillərinə çıxmağa cəhd edən azı 900 nəfər Aralıq dənizində boğulub. Liviyanı tərk etməyə çalışan 11 mindən çox insan yenidən ölkəyə qaytarılıb.
Oxunub : 1122
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:06
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
15 Oktyabr 2026 14:06
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
15 Oktyabr 2026 13:30
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
ŞƏRH YAZ












