Masallıda avtomobil piyadanı vurub öldürdü

Masallıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə noyabrın 21-də saat 20.00 radələrində Ələt-Astara magistralının rayonun Xıl kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Sərçuvar kənd sakini, 1988-ci il təvəllüdlü Əlizamin İnqilab oğlu Məmmədov idarə etdiyi “Ford” markalı, 44 BP 663 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, şəxsiyyəti hələlik məlum olmayan 28-30 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Hadisəni törətmiş sürücü isə istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












