Masazırda avtomobil yolu keçmək istəyən piyadanı vurub
Qəzalar
6 Noyabr 2021 11:39
Oxunub 818

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Mənsur yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyinin qapalı travmatik sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













