Məktəb avtobusu aşıb, xəsarət alanlar var

ABŞ-nin Cənubi Karolina ştatında məktəb avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli yol patruluna istinadən "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, insident cümə axşamı günortadan sonra Cənubi Karolina ştatının Çester dairəsinin Riçburq şəhəri yaxınlığında baş verib. Payn Ridj Liseyindən bir qrup şagirdi üç avtobusda ekskursiyadan qayıdırmış.
Avtomobilin təkərlərindən biri partlayıb və nəticədə avtomobil aşıb. “Fox News” qeyd edib ki, avtobusda 35 məktəb şagirdi və üç böyük olub.
"On səkkiz nəfər xəsarət alıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", - telekanal Cənubi Karolina şosse patrul xidmətinə istinadən xəbər verir.
Məlumata görə, digər iki məktəb avtobusu qəzaya uğramayıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO












