“Mercedes” ağaca çırpıldı; 4 yaralı

Oğuz rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 3-ü səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı, 99 GE 791 dövlət nömrə nişanlı avtomobil Şəki rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - Balakən rayon sakinləri, 1995-ci il təvəllüdlü Ramazan Paşa oğlu Osmanov, 1997-ci il təvəllüdlü Arzu Şirin qızı İsayeva, 1957-ci il təvəllüdlü Şamil Nurlan oğlu Umarov və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Elmira Sədulla qızı Umarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Oğuz RMX-dan bildirilib ki, xəsarət alanlardan Ş.Umarovun vəziyyəti ağır olduğu üçün o, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digərlərinin vəziyyəti isə orta stabildir. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












