"Mercedes" "Opel"i, "Opel" də 73 yaşlı piyadanı vurdu - FOTOLAR

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. "Opel" markalı avtomobilin sürücüsü maşını saxlayıb və yolu keçmək istəyən yaşlı qadına yol verib. Lakin arxadan yüksək sürətlə gələn "Mercedes"markalı avtomobil "Opel"i vurub. Zərbənin gücündən "Opel" yerindən tərpənib və 73 yaşlı Rəfiqə Eminovanı vurub. Yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Rəfiqə Eminovaya hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra yaşlı qadın xəstəxanaya aparılıb. İlkin ehtimala görə, qəza piyadanın səhvi ucbatından baş verib. Belə ki, Rəfiqə Eminova yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyib. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















