Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Qəzalar 21 Avqust 2026 10:36
Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var   - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bu gün saat 06:50-də Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

"Elməddin Əlabbas oğlu Mustafayevin idarə etdiyi "Mercedes Vito" markalı, 99-LE-541 dövlət qeydiyyat nişanlı mikroavtobusla Rövşən Gündüz oğlu Kazımovun idarə etdiyi "KamAZ" markalı, 90-TJ-997 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

İlkin məlumata əsasən, hadisə nəticəsində mikroavtobusun sərnişini Qədir Əli oğlu Həsənov xəsarət alıb və tibbi yardım göstərilməsi üçün Şirvan Şəhər Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib./oxu.az

***09:41

Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxunub : 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh