İsmayıllıda toyda 20-dən çox şəxs ZƏHƏRLƏNDİ

Hadisə 21 Avqust 2026 11:41
İsmayıllıda toyda 20-dən çox şəxs ZƏHƏRLƏNDİ
WhatsApp kanalımıza abunə olun

İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Oxunub : 228
ŞƏRH YAZ
Ad

E-mail

Şərh