Bu gün Xankəndi, Xocalı və Ağdəyərə qayıdırlar

Xəbərlər 21 Avqust 2026 09:06
Bu gün Xankəndi, Xocalı və Ağdəyərə qayıdırlar
WhatsApp kanalımıza abunə olun

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh