Millinin keçmiş hücumçusu dəhşətli qəzaya düşdü

Endi Kerroll dəhşətli yol qəzası keçirib.
Avtosfer.az xarici mediaya istinadla bildirir ki, İngiltərə millisinin keçmiş və bir sıra İngiltərə klublarının hücumçusunun avtomobili digər maşınla üz-üzə toqquşub.
Futbolçunun sürdüyü qiyməti 130 min funt sterlinq olan Mercedes GLS SUV kiçik “Ford Fiesta" ilə toqquşub. Nəticədə “Ford” 27 metr kənara atılıb.
Jurnalistlərin sözlərinə görə, zərbə o qədər güclü olub ki, “Mercedes”ə də ziyan dəyib, onun sağ təkəri qopub, yan panellər və bamperin bir hissəsi sınıb.
Kerroll avtomobildən şok vəziyyətində düşüb, nəfəs almaqda problemlər yaranıb. “Ford” markalı avtomobildə üç nəfər olub. Qadın sürücünün də nəfəs almasında problem yaranıb, sərnişin isə döş qəfəsində ağrılar şikayəti ilə xəstəxanaya aparılıb.
Eyni zamanda yol-nəqliyyat hadisəsi yerinə gələn polislər heç kimi həbs etməmək qərarına gəliblər. İstintaq davam edir.
Xatırladaq ki, ötən mövsüm Kerroll “Vest Bromviç”də çıxış etsə də, klubla müqaviləni yeniləmək mümkün olmayıb.(Lent.az)
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











