Mincivan-Hacıqabul yolunda qəza olub, ölən və yaralananlar var

Füzuli rayonunun Mincivan-Hacıqabul avtomobil yolunun 118-ci kilometrliyində yol qəzası olub, ölən və yaralananlar var.
Avtosfer.az xəbər verir ki, ötən gün saat 17 radələrində 1992-ci il təvəllüdlü Kərimli Cəlal Abil oğlunun idarə etdiyi "Qazel" markalı nəqliyyat vasitəsi ilə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Əmir oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobili toqquşub.
Bu zaman zərbənin təsirindən "Daewoo" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə "Daewoo" markalı avtomobilin sərnişini - 1955-ci il təvəllüdlü İmaməliyeva Rahilə Hidayət qızı hadisə yerində ölüb, hər iki avtomobilin sürücüləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
"Report"
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO











