Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var

Qəzalar 3 İyun 2026 11:53
Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Naxçıvanda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Şıxmahmud kəndi ərazisindən keçən hissəsində baş verib. 67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh