Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
Avtosfer.az -ın məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri - 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
13:33
Neftçala rayonunda avtomobil marketə çarpılıb, xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxıb, daha sonra yolun yaxınlığındakı marketlərdən birinə çarpılıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Şəxsiyyətləri hələlik məlum olmayan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO
Füzulidə AĞIR QƏZA: Avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ
Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Bakıda sürücü motosikleti vurub aşırdı; kuryer asfalta yıxıldı - ANBAAN VİDEO
Bakıda avtomobil aşdı - FOTO - VİDEO
Ziya Bünyadovda qəza: 6 maşın bir-birinə girdi - VİDEO
"Toyota Prius" "Ford Fusion"u vurub qaçdı - VİDEO
“Mercedes”lə “Range Rover” toqquşdu - VİDEO










