Neftçalada motosiklet 29 yaşlı gənci vurdu

Qəzalar 3 Dekabr 2020 23:26
Neftçalada motosiklet 29 yaşlı gənci vurdu
WhatsApp kanalımıza abunə olun

Neftçala rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə axşam saatlarında Mürsəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Yusifov Qoşqar Cəmşid oğlu işlədiyi əkin sahəsindən evə qayıdarkən onu motosiklet vurub. Müxtəlif xəsarətlər alan Q.Yusifov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1044
ŞƏRH YAZ
Ad

E-mail

Şərh