Novxanıda iki avtomobil toqquşdu, sərnişin yaralandı

Qəzalar 19 Sentyabr 2020 22:30 Oxunub 1424
Novxanıda iki avtomobil toqquşdu, sərnişin yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Novxanı kəndində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1982-ci il təvəllüdlü Məmmədquliyeva Vəfa Vəfadar qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh