Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

Qəzalar 14 Avqust 2022 19:10 Oxunub 564
Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Çaldaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh