Oğuzda bələdiyyə sədri ilə yanaşı üç nəfər yol qəzasına düşüb - FOTO

Oğuzda baş verən yol qəzasında biri bələdiyyə sədri olmaqla dörd nəfər xəsarət alıb.
Apa-nın məlumatına görə, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər rayon sakini Saməddin Yusif oğlu Hüseynovun idarə etdiyi “KİA Sorento” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
Qəza zamanı sürücü S. Hüseynov və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini Elvin İsrafil oğlu Quliyev, Şəki rayonu Qaratorpaq kənd sakinləri Mehman Elməddin oğlu Rəcəbov və Mehmanın qardaşı oğlu Ruzi Əvəz oğlu Rəcəbli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan S. Hüseynov və M. Rəcəbovun xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
E. Quliyev və R. Rəcəblinin müalicəsi Şəki RMX-da davam etdirilir.
Qeyd edək ki, qəza zamanı xəsarət alan M. Rəcəbov Şəki rayonunun Bolludərə bələdiyyəsinin sədridi.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR













