Pakistanda faciə: Daşqından sağ çıxanlar avtobusda yanaraq öldülər - FOTO
Qəzalar
14 Oktyabr 2022 17:14

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində baş verən daşqından sağ çıxanları aparan avtobusun magistral yolda alışması nəticəsində 12-si uşaq olmaqla azı 17 nəfər yanaraq ölüb.
Avtobusda 80 nəfər olub. Onların hamısı Sindhin yuxarı hissəsində daşqınlardan zərərçəkənlər olublar.
Pakistanda aylardır, musson daşqınları davam edir. Daşqınlar azı 1700 nəfərin ölümünə səbəb olmaqla yanaşı ölkənin infrastrukturunu da məhv edib.
Yanmış avtobusun içindən meyitlər çıxarılıb. Onlardan 12-si uşaq, ikisi qadın və üçü kişidir.
Avtobusda daha bir uşaq meyitinin olduğu da ehtimal edilir.
Yanğın gecə saatlarında Nuriabad şəhərində polis idarəsinin yaxınlığında baş verib. Yanğının avtomobilin kondisionerindəki qısaqapanmadan qaynaqlandığı güman edilir.
oxu.az
Oxunub : 1002
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 16:24
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
27 Sentyabr 2026 14:24
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
27 Sentyabr 2026 13:36
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
27 Sentyabr 2026 09:00
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
25 Sentyabr 2026 23:02
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
25 Sentyabr 2026 18:00
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
25 Sentyabr 2026 13:11
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
25 Sentyabr 2026 10:56
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
25 Sentyabr 2026 09:36
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
25 Sentyabr 2026 09:06
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
25 Sentyabr 2026 00:08
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
24 Sentyabr 2026 17:18
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
ŞƏRH YAZ











