Piyadanı vuran sürücü saxlanılıb

Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb. Avtosfer.az “report”-a istinadən xəbər verir ki, aparılan əməliyyat zamanı yolu keçmək istəyən Ağdam rayon sakini Əvəz İsmayılovu vuraraq hadisə yerindən qaçan sürücü Pərviz Rəcəbov saxlanılıb.
Sürücü hadisədən sonra ərazidən yayınmasını qorxması ilə əlaqələndirib. P.Rəcəbovun törətdiyi yol qəzasının təfərrüatları hazırda təhqiqatçılar tərəfindən araşdırılır.
Xatırladaq ki, hadisə Tbilisi prospektində baş verib. Sürücü Pərviz Rəcəbov piyadanı öz avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan zaman vurub. Qəzadan sonra piyada vurulduğu yerdən bir neçə metr kənara düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib. Piyada Ə.İsmayılovu avtomobil düz piyada keçidinin altında vurub.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












