Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Sabirabadda yol qəzası zamanı piyadanın ölümündə təqsirləndirilən Atabəy Atabəylinin məhkəməsi başlayır.
Avtosfer.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xamməd Nuriyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini A.Atabəyli idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən qadını vurub. Ağır xəsarətlərlə xəstəxanaya aparılan piyada yolda vəfat edib.
İlkin araşdırma nəticəsində ölən piyadanın rayon sakini Aidə Hüseynova olması müəyyən edilib.
A.Atabəyliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO












